“Sabah” futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinun oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Arena.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, “bayquşlar”ın açıqladığı siyahıda 25 futbolçu yer alıb.
Baş məşqçi Murad Musayevin sərəncamında 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi, 5 hücumçu var:
Qapıçılar: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev;
Müdafiəçilər: 2. Amin Seydiyev, 3. Con İrasabal, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 17. Tellur Mütəllimov, 22. Seymur Məmmədov, 44. Sofian Çakla, 24. Maruan Hadudi;
Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 10. Aleksey İsayev, 11. Kristian Sebalyos, 12. Vensan Till, 15. Kristian Da Silva Fil, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev;
Hücumçular: 18. Davit Volkov, 18. Emmanuel Apeh, 20. Coy-Lens Mikels, 27. Jarl Marqarita, 77. Namiq Ələsgərov.
Xatırladaq ki, “Sabah” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 10-da “Bank Respublika Arena”da keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək. Cavab qarşılaşması isə avqustun 17-də Serbiyanın paytaxtı Belqradda baş tutacaq. Həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


