Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” bu gün Latviyanın RFS komandası ilə 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Arena.az xəbər verir ki, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmış Azərbaycan klubu bu rəqibinə səfərdə 2:0 hesabıyla qalib gəlmişdi.
Bu üzdən “bayquşlar”a mərhələ adlamaq üçün hətta heç-heçə də bəs edirdi. Amma komandamız doğma meydanda baş tutacaq ilk avrokubok matçından qələbə ayrılmağı hədəfləmişdi. Yeri gəlmişkən, “Bank Respublika Arena” ilk dəfə avrokubok oyununa ev sahibliyi edirdi.
Qarşılaşmanın ilk hissəsi qolsuz bitib. Baxmayaraq ki, rəqib azlıqda qalıb və Azərbaycan təmsilçisi say üstünlüyü əldə edib. İkinci hissədə isə qonaqlar azlıqda qalmalarına baxmayaraq, hesabı da açıblar. Ruhdan düşməyən meydan sahibləri qalan dəqiqələrdə buraxılan qolların əvəzini artıqlamasıyla çıxaraq əzmkar qələbə ilə mərhələ adlayıblar.
Qeyd edək ki, bu cütün qalibi Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşacaqdı. Sözügedən komanda mübarizəyə birbaşa bu mərhələdən qoşulacaq. “Sabah”ın bu komanda ilə ilk oyunu avqustun 10-da evdə, cavab görüşü ayın 17-də Serbiyada baş tutacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
3 avqust
“Sabah” – RFS 2:1
Qollar: Coy Lens Mikels, 77. Emmanuel Apeh, 90+4 – Yanus İkauniyek, 67.
Qırmızı vərəqə: Artur Zyuzin, 34 (ikinci sarı).
Baş hakim: Fedayi San (İsveçrə).
Masazır. “Bank Respublika Arena.”
İlk oyun – 2:0.
Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 4. Elvin Camalov (k) (29. Ceyhun Nuriyev, 69), 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vensan Till (27. Jarl Marqarita, 69), 15. Kristian da Silva, 18. Davit Volkov (19. Emmanuel Apeh, 61), 20. Coy Lens Mikels (77. Namiq Ələsgərov, 90+3), 44. Sofian Çakla.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 17. Tellur Mütəllimov, 21. İldar Ələkbərov, 24. Maruan Hadudi.
Baş məşqçi: Murad Musayev.
RFS: 13. Yevgeni Neruqal, 3. Artur Zyuzin, 9. Yanus İkauniyek, 10. Emerson, 11. Robert Savalniyek (70. Draqolyub Saviç, 53), 19. Andrey İliç (7. İsmael Diomande, 84), 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 27. Adam Marxiyev (17. Sedrik Kuadio, 53), 43. Jiqa Lipuşçek (k), 52. Martsis Oş (22. Darko Lemayiç, 79).
Ehtiyat oyunçular: 1. Pavel Şteynbor, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 8. Daniel Ontujan, 18. Dmitri Zelenkov, 92. Vitali Yaqodinski, 99. Qleb Zaleyko.
Baş məşqçi: Viktor Moroz.


