“Sabah” Slavik Alxasovla vidalaşdı

“Sabah” futbol klubu müdafiəçisi Slavik Alxasovla yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Slavik Alxasov 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, daha öncə “Neftçi”, “Sumqayıt”, “Xəzər Lənkəran” və “Keşlə”nin (indiki “Şamaxı”) də formasını geyinib.