“Sabah” tarixi matça bu heyətlə çıxır

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmış Azərbaycanın “Sabah” klubu bu gün qitə səhnəsində ilk sınağına çıxır.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Latviyanın RFS komandasının qonağı olacaq.

Artıq Yurmaladakı “Sloka” stadionunda baş tutacaq qarşılaşmada komandaların hansı heyətlə mübarizə aparacağı da məlumdur. Azərbaycan təmsilçisinin rusiyalı baş məşqçisi Murad Musayev tarixi qarşılaşma üçün aşağıdakı heyətə üstünlük verib:

RFS: 1. Pavel Şteynbor (k), 11. Robert Savalniek, 23. Herdi Prenqa, 43. Jiqa Lipuşçek, 25. Petr Mareş, 27. Adam Marhiyev, 26. Stefan Paniç, 7. İsmael Diomande, 17. Sedrik Kuadio, 10. Emerson, 19. Andrey İliç.
Ehtiyat oyunçular: 13. Yevgeni Neruqal, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 3. Artur Zyuzin, 8. Daniel Ontujan, 9. Yanis İkauniek, 18. Dmitri Zelenkov, 22. Darko Lemayiç, 52. Marçis Oş, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Jaleyko.
Baş məşqçi: Viktor Moroz.

Sabah”: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrasabaqal, 44. Sofian Çakla, 2. Amin Seyidov, 15. Kristian da Silva, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 18. Davit Volkov, 77. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 12. Vensan Till, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 20. Coy Lens Mikels, 21. İldar Ələkbərov, 22. Seymur Məmmədov, 28. Jarl Marqarita, 29. Ceyhun Nuriyev.
Baş məşqçi: Murad Musayev.

Xatırladaq ki, bu qarşılaşmanı Çexiyadan olan hakimlər briqdası idarə edəcək.

Qeyd edək ki, bu cütün qalibi Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşacaq.

Azərbaycan və Latviya komandanları arasındakı cavab qarşılaşması avqustun 3-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Həmin oyuna saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: