“Sabah” milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə dönəmində yoxlama matçında qüvvəsini sınayacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sınaq matçında rəqib Premyer Liqanın digər təmsilçisi “Turan Tovuz” olacaq.
Bu komandalar arasında görüş sentyabrın 9-da “Masazır Arena”da keçiriləcək. Oyuna saat 17:00-da start veriləcək.
Xatırladaq ki, “Sabah” Premyer Liqada fasiləyə 7 xalla 6-cı pillədə yollanıb. “Turan Tovuz” isə bu mövsüm 5 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb.


