“Sabah” U-17 Liqasının qalibi oldu – FOTOLAR

“Sabah” AFFA tərəfindən təşkil olunmuş futbol üzrə U-17 Liqasının 2022/2023-cü illər mövsümününün qalibi olub. Arena.az xəbər verir ki, bu gün sonuncu – 34-cü turun oyunları keçirilib.

Qəbələ şəhər stadionunda “Qəbələ” komandası ilə qarşılaşan “Sabah” rəqibini 1:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.

Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Medalları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Şamaxı Regional Futbol məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov təqdim ediblər.

“Qəbələ” klubunun üzvü İlkin Budaqov mövsümün ən yaxşı oyunçusu seçilib. “Sabah” klubunun üzvü Niyazi Osmanov isə 35 qolla 2022/2023-cü illər mövsümünün ən məhsuldar oyunçusu olub.