“Sabah” və KuPS arasındakı oyunların hakimləri açıqlandı

“Sabah”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS komandasına qarşı keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bakıda baş tutacaq ilk görüş Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı Lukaş Kujma idarə edəcək. Ona yan xətt hakimləri qismində Yakub Vinkler və Pyotr Podbyelski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marçin Şerboviç yerinə yetirəcək. VAR-da Pavel Maleç, AVAR-da Pavel Pskit əyləşəcəklər.

Finlandiyada keçiriləcək cavab oyunu isə İsraildən olan hakimlərə həvalə edilib. Baş hakim Qal Leybovitz olacaq. Ona yan xətt hakimlər Roy Hassan və Yossi Babayoff yardım edəcəklər. Dekel Zino dördüncü hakim kimi fəaliyyət göstərəcək. VAR hakimi Daniel Bar Natan olacaqsa, AVAR Eytan Şumelevitz təyin edilib.

Xatrıladaq ki, “Sabah” ilə KuPS arasında ilk görüş iyulun 21-də “Masazır Arena”da keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Finlandiyada, Kuopiodakı “Kuopion Keskuskentta” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: