Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” bu gün Latviyanın RFS komandası ilə 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxır.
Arena.az xəbər verir ki, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmış “Sabah” bu rəqibinə səfərdə 2:0 hesabıyla qalib gəlib.
Bu üzdən “bayquşlar”a mərhələ adlamaq üçün hətta heç-heçə də bəs edir. Amma komandamız doğma meydanda baş tutacaq ilk avrokubok matçından qələbə ayrılmağı hədəfləyib. Yeri gəlmişkən, “Bank Respublika Arena” ilk dəfə avrokubok oyununa ev sahibliyi edir.
Qeyd edək ki, bu cütün qalibi Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşacaq.
Artıq komandaların bu oyun üçün start heyətləri də məlumdur. Baş məşqçi Murad Musayev cavab qarşılaşması üçün aşağıdakı heyəti seçib:
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
3 avqust
20:00. “Sabah” – RFS
Baş hakim: Fedayi San (İsveçrə).
Masazır. “Bank Respublika Arena.”
İlk oyun – 2:0.
Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 4. Elvin Camalov (k), 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vensan Till, 15. Kristian da Silva, 18. Davit Volkov, 20. Coy Lens Mikels, 44. Sofian Çakla.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 21. İldar Ələkbərov, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 29. Ceyhun Nuriyev, 77. Namik Ələskərov.
Baş məşqçi: Murad Musayev.
RFS: 13. Yevgeni Neruqal, 3. Artur Zyuzin, 9. Yanus İkauniyek, 10. Emerson, 11. Robert Savalniyek. 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek (k), 52. Martsis Oş.
Ehtiyat oyunçular: 1. Pavel Şteynbor, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 7. İsmael Diomande, 8. Daniel Ontujan, 17. Sedrik Kuadio, 18. Dmitri Zelenkov, 22. Darko Lemayiç, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Zaleyko.
Baş məşqçi: Viktor Moroz.


