“Sabah” “Vorskla”ya böyük hesabla uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün ikinci sınaq matçına çıxıb.

Arena.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda Ukraynanın “Vorskla” kollektivi ilə qarşılaşıb.

“Hüseyn Aygün” Futbol Mərkəzinin stadionunda baş tutan bu oyuna Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00) start verilib. Ukraynalılar bu oyunda 3 cavabsız qol sayəsində 3:0 hesablı qələbə qazanıblar.

Xatırladaq ki, “Sabah” Türkiyədəki ilk sınaq matçında Rumıniyanın “Rapid” (Buxarest) kollektivi ilə qarşılaşmış və 2:1 hesabıyla qalib gəlmişdi.

“Bayquşlar”ın Antalyadakı təlim-məşq toplanışı yanvarın 15-nə qədər davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: