“Sabah”ın U-19 komandası Praqa “Slaviya”sına qarşı

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv Bakıda Çexiya təmsilçisi “Slaviya”nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Praqa təmsilçisi ilə qarşılaşma “Masazır Arena”da baş tutacaq. Oyuna saat 15:00-da start veriləcək. Matçın baş hakimi norveçli Marius Hansen Qrotta olacaq. Ona yan xətt hakimləri Aleksander Jaqer və Henrik Pettersen Sunde kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Əli Əliyev yerinə yetirəcək.

Daha bir azərbaycanlı – Babək Quliyev isə bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək. O, bu matça hakim-inspektor kimi təyinat alıb.

Xatırladaq ki, “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə “Mançester Yunayted”ə 5 cavabsız qolla uduzub. “Slaviya” isə evdə Fransanın “Lans” komandasına 2:1 hesabıyla qalib gəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: