Sadiq Şəfiyev daha 3 il “Turan Tovuz”da!

“Turan Tovuz” klubu əvəzedicilərdən ibarət komandasının hücumçusu Sadiq Şəfiyev ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gənc futbolçu ilə 3 illik yeni müqavilə imzalanıb.

Sadiq Şəfiyev “Kəpəz”in yetirməsidir. 18 yaşlı futbolçu 2021-ci ildə “Turan Tovuz”un sıralarına cəlb olunub. Hazırda bu klubun əvəzedici komandasında forma geyinən Şəfiyev, U-19-da da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: