Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın yay təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblərdən daha biri məlum olub.
Arena.az xəbər verir ki, sözügedən komanda “Kəpəz”lə qarşılaşacaq.
Bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, qarşılaşma iyulun 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.
Xatırladaq ki, Şamaxının eyniadlı təmsilçisi bu yay təlim-məşq toplanışı zamanı “Qəbələ” ilə də qarşılaşacaq. Bu oyun da avqustun 4-də Qəbələ şəhər stadionunda keçiriləcək.
“Şamaxı” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 38 xalla 8-ci pillədə başa vurub. Komanda keçirdiyi 33 oyunda 9 qələbə qazanıb, 11 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.
“Kəpəz” isə ötən mövsüm keçirdiyi 33 oyunda 8 qələbə qazanıb, 3 heç-heçə edib, 22 məğlubiyyət görüb. Bu komanda mövsümü 27 xalla 10-cu yerdə tamamlayıb.


