Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Turan Tovuz” matçının hakim təyinatında dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək. Dördüncü hakim isə Ruslan Quliyev olacaq.
Xatırladaq ki, daha öncə bu oyunu Ruslan Quliyevin idarə edəcəyi açıqlanmışdı. Rəvan Həmzəzadə isə dördüncü hakim funksiyasını yerinə yetirməli idi.
Dəyişikliyin səbəbi açıqlanmır.
Sözügedən qarşılaşma sabah – mayın 16-da Şamaxı şəhər stadionunda keçiriləcək. Oyuna saat 17:00-da start veriləcək.
Azərbaycan Premyer Liqası
32-ci tur
16 may
17:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu.


