Ötən gün Premyer Liqanın 2-ci turu çərçivəsində öz meydanında “Sabah”a 1:2 hesabı ilə uduzmuş “Şamaxı” bu gün yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, 2 turdan sonra Azərbaycan Premyer Liqasında 1 xalla 9-cu pillədə qərarlaşmış bu komanda Birinci Liqa təmsilçisi “Şəfa” ilə qarşılaşıb.
Şamaxı şəhər stadionunda keçirilmiş oyunda qalib müəyyənləşməyib. Komandalar meydanı hərəyə 1 qolla tərk ediblər – 1:1. Elita təmsilçisinin yeganə qolunu Abdullahi Şuaybu vurub.
Baş məşqçi Ayxan Abbasov bu oyunda əsas heyət üzvü olmayan və az oyun şansı qazanan futbolçuları meydana buraxıb. Çempionat oyunlarında meydana çıxmış futbolçulara isə istirahət verilib.


