Fransa yığmasının sabiq yarımmüdafiəçisi Samir Nəsri hesab edir ki, PSJ-nin fransalı mərkəz hücumçusu Kilian Mbappe “Real”a getməməlidir.
Arena.az “Le Figaro” dərgisinə istinadən “Marsel”, “Arsenal”, “Mançester Siti”ki çıxışları ilə tanınmış Samir Nəsrinin bu barədə fikirlərini diqqətinizə çatdırır:
“O getsə, PSJ-nin heyəti zəifləyəcək. Amma klubun büdcəsini nəzərə alsaq, parislilər başqa futbolçuları da dəvət edə biləcəklər. Amma onlar Mbappe olmayacaqlar, bu, aydındır. Bu gün Kilian klub və yığma komanda üçün çox vacib fiqurdur. İki il əvvəl dedmişdim ki, mən onu dünyanın ən yaxşı oyunçusu hesab edirəm. Mən hələ də, belə düşünürəm. O, Parisdəndir. Mən onun yerində olsaydım, “Real”ın 50-ci Çempionlar Liqasını qazanmasına kömək etmək üçün Madridə getmək əvəzinə, PSJ-də qalardım. Mən orada oynayanda “Marsel” Qətərə məxsus olsaydı, heç vaxt ayrılmazdım. İnanıram ki, öz kəndinizin kralı olmaq daha yaxşıdır”, deyə Samir Nəsri Mbappeyə bir növ yaxşıca düşünmək üçün çağırış edib.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 13 oyuna çıxıb, 12 qol vurub, 1 məhsuldar ötürmə verib.
Hücumçu hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 73 oyun keçirib, 43 qol vurub, 26 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


