Argentina yığmasının baş məşqçisi Lionel Skaloni “Barselona”nın ispaniyalı yeniyetmə hücumçusu Lamin Yamaldan danışıb.
Arena.az xəbər verir ki, o, 17 yaşlı yeniyetmə futbolçunun “İnter Mayami”nin 37 argentinalı ulduzu və kapitanı, veteran hücumçu Lionel Messi ilə müqayisəsinə dair sualı belə cavablayıb:
“Lamin Yamal – dünyanın ən yaxşı oyunçularından biridir. Amma düzünü desəm, onu Messi ilə müqayisə etmək çətindir”, deyə Skaloni vurğulayıb.
Yeri gəlmişkən, Rusiya futbolunun əfsanəsi, keçmiş hücumameyilli yarımmüdafiəçi Aleksandr Mostovoy da argentinalı ulduz hücumçu Lionel Messi haqda fikrini açıqlayıb:
“Mənim üçün Messi – bir nömrəlidir. Tanrı adama istedad verib. Hamı lap yüz saat məşq edə bilər, amma bu, sənə yuxarıdan verilməyibsə, nə qədər məşq etsən də, eynilə oynayacaqsan”, deyə Mostovoy qənaətini əsaslandırıb.


