Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – Azərbaycan matçı öncəsi bu komandalar arasında əvvəlki oyunların statistikası açıqlanıb.
Arena.az xəbər verir ki, millimiz seçmə turnirlərdə Slovakiya yığması ilə 7 dəfə qarşılaşıb.
1996, 2014, 2016 və 2022-ci illər Avropa çempionatlarının seçmə mərhələsi çərçivəsində keçirilən bu 7 görüşdən 4-də Azərbaycan, 1-də Slovakiya futzalçıları qalib gəlib. İki qarşılaşma isə heç-heçə başa çatıb.
Bu komandalar arasındakı əvvəlki oyunların statistikasını təqdim edirik:
27.10.1995. AÇSO. Slovakiya-Azərbaycan 2:0
30.03.2013. AÇSO. Slovakiya-Azərbaycan 1:2
15.09.2015. AÇSO-pley-off. Azərbaycan-Slovakiya 3:1
22.09.2015. AÇSO-pley-off. Slovakiya-Azərbaycan 1:1
26.10.2019. DÇSO. Azərbaycan-Slovakiya 2:0
01.02.2020. DÇER. Slovakiya-Azərbaycan 3:3
29.01.2021. AÇSM. Azərbaycan-Slovakiya 4:1
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı aprelin 8-də Levice İdman Sarayında keçiriləcək. “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.


