Stas Pokatilov Millətlər Liqasının oyunlarına çağırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, “Sabah”ın legioner qapıçısı 41 nəfərlik heyətdə yer alıb.

Bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Potkatilov yığmannın UEFA Millətlər Liqasında keçirəcəyi növbəti oyunlar üçün geniş heyətinə daxil edilib.

Qazaxıstan millisi sentyabrın 26-da Farer adaları, sentyabrın 29-da Slovakiya, oktyabrın 2-də isə Moldova ilə qarşılaşacaq.

Xatırladaq ki, “Sabah” Pokatilovu 2025-ci ilin yanvarında heyətinə qatıb. Son olaraq Qazaxıstanın “Tobol” klubunun formasını geyinmiş qapıçının Azərbaycan klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. Pokatilov “Sabah”da 68 oyuna çıxıb, 66 qol buraxıb, 23 görüşdə qapısını toxunulmaz saxlayıb.

Stas Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.

Pokatilov “Tobol”la Qazaxıstan Super Kubokunu (2023/2024) qazanıb, “Kayrat”la Qazaxıstan çempionu (2019/2020) çempionu olub. Stasın ən çox qalibi olduğu turnir isə Qazaxıstan Kubokudur. O, Karaqanda “Şaxtyor”u ilə bir (2012/2013), “Kayrat”la üç dəfə (2016/2017, 2017/2018, 2020/2021) ölkə kubokuna sahib çıxıb. Stas “Sabah”la da bir dəfə Azərbaycan çempionu (2025/2026), iki dəfə Azərbaycan Kubokunun (2024/2025, 2025/2026) qalibi olub.

2015-ci ilin mart ayından Qazaxıstan millisinin üzvü olan Pokatilov yığmada 29 oyun keçirib. O, bu görüşlərdə 58 qol buraxıb, 8 matçdan “quru” çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: