Stiven Cerrard ən yaxşı seçildi

Stiven Cerrard futbol üzrə Şotlandiya Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi seçilib.

Arena.az xəbər verir ki, “Reyncers”in çalışdırıcısı geridə qalan mövsümün ən yaxşısı elan olunub.

Bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Cerrardın rəhbərlik etdiyi “Reyncers” Şotlandiya Premyer Liqasında məğlub olmadan çempion olub.

Qeyd edək ki, Stiven Cerrard 2018-ci ildən “Reyncers”ə rəhbərlik edir. O, məşqçilik karyerasına elə Şotlandiya təmsilçisində başlayıb. İngiltərə millisinin sabiq üzvü futbolçu karyerasının böyük hissəsini “Liverpul”da keçirib, son olaraq isə “Los Anceles Qalaksi”də forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: