Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 18-ci turun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Alanyaspor” öz meydanında “Samsunspor” üzərində inamlı qələbə qazanıb. Dörd qolun vurulduğu “Kasımpaşa” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Pendikspor” da doğma meydanda “Ankaragücü” ilə “sülh bağlayıb”.
Uğursuz mövsüm keçirən “Beşiktaş” isə bu dəfə səfərdə “Hatayspor”u məğlub etməyi bacarıb. Hatay təmsilçisinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 90 dəqiqə meydanda olub.
Beləliklə, 18 turdan sonra 44 xala malik “Fənərbaxça” liderdir. Eyni xala malik “Qalatasaray” ikinci, 30 xalı olan “Trabzonspor” üçüncüdür. “Kayserispor”la “Beşiktaş”ın 29, “Adana Dəmirspor”un 27 xalı var. “Rizəspor”un 26, “Antalyaspor”un 24, “Kasımpaşa”nın 23, “Sivasspor”un 21, “Ankaragücü” və “Alanyaspor”un 20, “Hatayspor”, “Başakşəhər” və “Qaziantep”in 19, “Konyaspor”un 18, “Fatih Karagümrük”ün 17, “Samsunspor”un 15, “Pendikspor”un 14, “İstanbulspor”un 8 xalı var.
Türkiyə, Super Liqa
18-ci tur
23 dekabr
Sivasspor – İstanbulspor 1:0
Qol: Manay, 86.
Fatih Karagümrük – Qaziantep 0:3
Qollar: Draquş, 27. Qradel, 49. A.Kızıldağ, 87.
Trabzonspor – Başakşəhər 1:1
Qollar: B.Mendi, 34 – Pelkas, 11.
24 dekabr
Konyaspor – Kayserispor 2:0
Qollar: Çikalleşi, 51-pen; 63-pen.
Adana Dəmirspor – Antalyaspor 2:1
Qollar: Akintola, 1. E.Akbaba, 45 – E.Yeşilyurt, 85.
Fənərbaxça – Qalatasaray 0:0
25 dekabr
Alanyaspor – Samsunspor 3:1
Qollar: Y.Özdəmir, 14. O.Aydın, 27. N.Yanviyer, 90+3 – M.Mondalimaci, 86.
Kasımpaşa – Rizəspor 2:2
Qollar: H.Hayradinoviç, 30. N.Da Kosta, 61 – A.Qaiç, 45+2; 73.
Hatayspor – Beşiktaş 1:2
Qollar: A.Hodziç, 80 – S.Kılıçsoy, 38. O.Kolli, 53.
Pendikspor – Ankaragücü 1:1
Qollar: A.Öztürk, 79 – E.Bekiroğlu, 18.


