Bu gün futbol üzrə Türkiyə çempionatının (Super Liqa) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd görüş baş tutub.
“Sivasspor” doğma meydanda “Rizəspor”la, “Konyaspor” isə “Ankaragücü” ilə oyundan minimal hesabla qalib ayrılıb. Dörd qolun qeydə alındığı “İstanbulspor” – “Qaziantep” matçında qonaqlar inamlı qələbəyə seviniblər.
“Fənərbaxça” isə doğma meydanda “Alanyaspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyun “sarı-lacıvərdlilər”in gözlənilməz xal itkisi ilə nəticələnib. Bu, bir gün öncə qələbə qazanmış “Qalatasaray”ın vahid liderliyi ələ keçirməsi ilə nəticələnib. Belə ki, hazırda “Qalatasaray” 66 xalla 1-ci, “Fənərbaxça” isə 64 xalla 2-ci pillədə qərarlaşıb. Bir oyun az keçirmiş və hesabında 39 xalı olan “Beşiktaş” isə üçüncüdür.
25-ci turun qalan qarşılaşmaları 11-12 fevralda keçiriləcək.
Türkiyə, Super Liqa
25-ci tur
9 fevral
Adana Dəmirspor – Kasımpaşa 1:3
Qollar: Balotelli, 87 – Fall, 29. A.Kara, 32. Hayradinoviç, 57-pen.
10 fevral
Fatih Karagümrük – Pendikspor 2:0
Qollar: E.Mor, 31. G.Yalçın, 76.
Qalatasaray – Başakşəhər 2:0
Qollar: B.A.Yılmaz, 25. D.Mertens, 31.
11 fevral
Sivasspor – Rizəspor 1:0
Qol: Manay, 30.
İstanbulspor – Qaziantep 1:3
Qollar: Loşay, 6 – Draquş, 15; 60-pen. Soresku, 90+5.
Konyaspor – Ankaragücü 1:0
Qol: Prip, 38.
Fənərbaxça – Alanyaspor 2:2
Qollar: Tadiç, 49-pen. Dzeko, 59 – Auqusto, 12; 63.
12 fevral
18:00. Trabzonspor – Hatayspor
21:00. Kayserispor – Beşiktaş
21:00. Samsunspor – Antalyaspor


