Super Liqa: “Alanyaspor” “Qaziantep”i 3 cavabsız qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.

“Rizəspor” – “Konyaspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Alanyaspor” isə evdə “Qaziantep”u 3 cavabsız qolla üstələyib.

16-cı turun qalan görüşləri dekabrın 15-də və 16-da keçiriləcək.

Türkiyə, Super Liqa
16-cı tur
13 dekabr

Bodrumspor – Sivasspor 2:0
Qollar: Seferi, 49. Dimitrov, 73.

Kasımpaşa – Eyüpspor 2:0
Qollar: Brekalo, 57. Barak, 82.

14 dekabr

Rizəspor – Konyaspor 1:1
Qollar: Sou, 44 – Aleksiç, 53.

Alanyaspor – Qaziantep 3:0
Qollar: Aliti, 54. Hvanq, 88; 90.

15 dekabr

14:30. Hatayspor – Göztəpə
17:00. Antalyaspor – Kayserispor
20:00. Fənərbaxça – Başakşəhər

16 dekabr

20:00. Adana Dəmirspor – Beşiktaş
22:00. Qalatasaray – Trabzonspor