Super Liqa: “Alanyaspor”la “Pendikspor”dan heç-heçə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Alanyaspor”la “Pendikspor” komandaları arasındakı oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Adana Dəmirspor” isə doğma meydanda “Hatayspor”a minimal hesabla uduzub. Meydan sahiblərinin heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə forma geyinib. Qonaqların heyətində isə millimizin hücumçusu Renat Dadaşov start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.

23-cü turun qalan oyunları 28 və 29 yanvarda keçiriləcək.

Türkiyə, Super Liqa
23-cü tur
27 yanvar

Alanyaspor – Pendikspor 1:1
Qollar: Fer, 82 – Tiam, 78.

Adana Dəmirspor – Hatayspor 0:1
Qol: Nani, 44-öz qapısına.

28 yanvar

14:30. Konyaspor – Başakşəhər
17:00. Fatih Karagümrük – Rizəspor
17:00. Sivasspor – Beşiktaş
20:00. Fənərbaxça – Ankaragücü

29 yanvar

18:00. İstanbulspor – Samsunspor
18:00. Kayserispor – Antalyaspor
21:00. Qalatasaray – Qaziantep
21:00. Trabzonspor – Kasımpaşa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: