Super Liqa: “Başakşəhər” uduzdu, “Beşiktaş” qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Beşiktaş” “Konyaspor”la ev oyununda 2 cavabsız qolla qalib gəlib.

Beş qolun qeydə alındığı “Başakşəhər” – “Kayserispor” matçında isə qonaqlar qələbə qazanıblar.

Beləliklə, 26 turdan sonra 69 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 67 xalla 2-ci pillədə qərarlaşıb. “Trabzonspor”la “Beşiktaş”ın 43, “Kasımpaşa”nın 39, “Rizəspor”un 36, “Antalyaspor”un 35, “Sivasspor”un 34, “Başakşəhər”in 33, “Adana Dəmirspor” və “Kayserispor”un 32 xalı var. “Samsunspor” 30, “Ankaragücü”, “Hatayspor” və “Alanyaspor” 29 xal toplayıblar.

Türkiyə, Super Liqa
26-cı tur
16 fevral

Kasımpaşa – Fatih Karagümrük 1:1
Qollar: Da Kosta, 11 – Eysserik, 38.

17 fevral

Antalyaspor – İstanbulspor 2:2
Qollar: Buksa, 14; 16 – E.Gedikli, 75. Laurentino, 90+9.

Hatayspor – Sivasspor 1:1
Qollar: Budjema, 75 – Manay, 17.

Rizəspor – Fənərbaxça 1:3
Qollar: Minçev, 27 – S.Dursun, 48. Dzeko, 65. İ.C.Kahveci, 90+3.

18 fevral

Alanyaspor – Adana Dəmirspor 3:3
Qollar: Balkoveç, 20. O.Aydın, 33. Haderqyonay, 76 – E.Akbaba, 67-pen. Y.Sarı, 69; 90+7.

Qaziantep – Samsunspor 1:1
Qollar: O.Özçiçek, 83 – Şatka, 90+2.

Pendikspor – Trabzonspor 0:2
Qollar: Trezeqe, 75. E.Destan, 80.

Ankaragücü – Qalatasaray 0:3
Qollar: K.Demirbay, 13. D.Sançes, 14. İkardi, 39-pen.

19 fevral

Başakşəhər – Kayserispor 2:3
Qollar: D.Türüç, 58. H.Güreler, 89 – D.Nazon, 9. Ə.Kərimi, 15. Boe Morte, 84.

Beşiktaş – Konyaspor 2:0
Qollar: S.Kılıçsoy, 49. C.Tosun, 71.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: