Super Liqa: “Başakşəhər”lə “Samsunspor”dan 3 xallıq vida

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün sonuncu – 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Karagümrük” doğma meydanda “Alanyaspor”a, “Samsunspor” “Göztəpə”yə qalib gəlib. “Qaziantep”in qonağı olan “Başakşəhər” də mövsümü qələbə ilə başa vurub.

Mövsümə sabah yekun vurulacaq.

Türkiyə, Super Liqa
34-cü tur
15 may

Rizəspor – Beşiktaş 2:2
Qollar: Soue 18; 31 – J.Silva, 55. Çernı, 62.

16 may

Karagümrük – Alanyaspor 2:1
Qollar: Larsson, 48; 72-pen – Elia, 32.

Qaziantep – Başakşəhər 1:2
Qollar: Lunqoyi, 59 – Selke, 6. Şomurodov, 22-pen.

Samsunspor – Göztəpə 3:0
Qollar: Kulibali, 36. E.Tavşan, 85. Marius, 89.

17 may

18:00. Kayserispor – Konyaspor
21:00. Antalyaspor – Kocaelispor
21:00. Fənərbağça – Eyüpspor
21:00. Kasımpaşa – Qalatasaray
21:00. Trabzonspor – Gənclərbirliyi

Xəbəri sosial şəbəkələrdə paylaş: