Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd görüş baş tutub.
“Fatih Karagümrük” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib.
“Sivasspor” “Pendikspor”la ev oyununda darmadağına sevinib. “Trabzonspor” isə “Adana Dəmirspor”la ev oyununda minimal hesabla qalib gəlib. Bu oyunda qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə meydanda olub.
Səfərdə “İstanbulspor”la qarşılaşan “Beşiktaş” isə turu inamlı qələbə ilə başa vurub.
27-ci tura sabah baş tutacaq “Qalatasaray” – “Antalyaspor” matçı ilə yekun vurulacaq.