Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Kayserispor” – “Adana Dəmirspor” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Sivasspor” – “Rizəspor” görüşündə meydan sahibləri inamlı qələbəyə qazanıblar. “Beşiktaş” isə doğma meydanda “Kasımpaşa”ya məğlub olub.
11-ci turun qalan görüşləri noyabrın 3-də və 4-də keçiriləcək.
Türkiyə, Super Liqa
11-ci tur
1 noyabr
Qaziantep – Göztəpə 2:1
Qollar: Lunqoyi, 77. Soresku, 82 – A.İldiz, 64.
2 noyabr
Sivasspor – Rizəspor 3:1
Qollar: Sundberq, 49; 61 – Vareşanoviç, 8.
Kayserispor – Adana Dəmirspor 0:0
Beşiktaş – Kasımpaşa 1:3
Qollar: Muçi, 45+3 – Vink, 54. A.Kara, 70. Fall, 88.
3 noyabr
14:30. Konyaspor – Başakşəhər
17:00. Bodrumspor – Alanyaspor
17:00. Eyüpspor – Hatayspor
20:00. Trabzonspor – Fənərbaxça
4 noyabr
21:00. Samsunspor – Antalyaspor


