Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun üçüncü oyun günündə 3 qarşılaşma baş tutub.
“Başakşəhər” doğma meydanda “Kocaelispor”u, “Amedspor” “Ərzurumspor”u, “Beşiktaş” isə “Eyüpspor”u məğlub edib.
İlk tura avqustun 17-də keçiriləcək “Samsunspor” – “Göztəpə” matçı ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
1-ci tur
14 avqust
Qalatasaray – Çorum 2:2
15 avqust
Kasımpaşa – Trabzonspor 1:1
Konyaspor – Rizəspor 0:1
Qaziantep – Alanyaspor 1:1
Gənclərbirliyi – Fənərbağça 2:1
16 avqust
Başakşəhər – Kocaelispor 2:0
Amedspor – Ərzurumspor 3:0
Beşiktaş – Eyüpspor 1:0
17 avqust
22:30. Samsunspor – Göztəpə


