Super Liqa: “Beşiktaş” “Kocaelispor”u xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

“Konyaspor” – “Başakşəhər” matçında qapılara qol vurulmayıb. “Qaziantep” doğma meydanda “Çorum”a 3 cavabsız qolla uduzub. “Beşiktaş” isə “Kocaelispor”la ev oyunundan qalib ayrılıb.

7-ci tura oktyabrın 12-də baş tutacaq “Eyüpspor” – “Göztəpə” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
7-ci tur

9 oktyabr

Qalatasaray – Kasımpaşa 3:1

10 oktyabr

Gənclərbirliyi – Amedspor 2:2
Alanyaspor – Ərzurumspor 0:0
Samsunspor – Trabzonspor 0:3
Rizəspor – Fənərbağça 0:3

11 oktyabr

Konyaspor – Başakşəhər 0:0
Qaziantep – Çorum 0:3
Beşiktaş – Kocaelispor 2:1

12 oktyabr

21:00. Eyüpspor – Göztəpə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: