Super Liqa: “Beşiktaş” “Qalatasaray”a avtoqolla uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Samsunspor”a tək qolla qalib gəlib. “Pendikspor”un qonağı olan “Konyaspor” turu inamlı qələbə ilə başa vurub.

Turun mərkəzi oyununda isə iki İstanbul nəhəngi – “Beşiktaş”la “Qalatasaray” qarşılaşıblar. Son çempion bu oyundan qələbə ilə ayrılıb.

28-ci turun qalan görüşləri sabah keçiriləcək.

Türkiyə, Super Liqa
28-ci tur
1 mart

Kasımpaşa – Sivasspor 0:0

2 mart

Ankaragücü – İstanbulspor 1:1
Qollar: Bassoqoq, 53 – Loşay, 45+8.

Rizəspor – Kayserispor 3:0
Qollar: Şelvi, 62. Zeqiri, 81. Vareşanoviç, 90.

Hatayspor – Fənərbaxça 0:2
Qollar: Osayi-Samuel, 24. C.Ünder, 40.

3 mart

Başakşəhər – Samsunspor 1:0
Qollar: Aleksiç, 47.

Pendikspor – Konyaspor 0:2
Qollar: Çikalleşi, 12-pen. Etemi, 73.

Beşiktaş – Qalatasaray 0:1
Qol: Əl Musrati, 2-öz qapısına.

4 mart

18:00. Adana Dəmirspor – Fatih Karagümrük
21:00. Alanyaspor – Trabzonspor
21:00. Antalyaspor – Qaziantep