Super Liqa: “Beşiktaş” qalib gəldi, “Fənərbaxça” büdrədi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Sivasspor” – “Hatayspor” matçında meydan sahibləri qələbə qazanıblar.

“Beşiktaş” da doğma meydanda “Konyaspor”u 2 cavabsız qolla məğlub edib.

Üç qolluq “Alanyaspor” – “Kasımpaşa” matçı qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Səfərdə “Samsunspor”la qarşılaşan “Fənərbaxça” isə bu turda xal itirib. Joze Mourinyonun komandası səfərdə məhsuldar heç-heçə ilə kifayətlənib.

9-cu tura oktyabrın 21-də keçiriləcək “Bodrumspor” – “Rizəspor” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
9-cu tur
19 oktyabr

Kayserispor – Qaziantep 2:2
Qollar: Boa Morte, 23. M.Kardozo, 56 – Okereke, 22. Kozlovski, 45+1.

Trabzonspor – Başakşəhər 1:0
Qol: Vişça, 90+1.

Antalyaspor – Qalatasaray 0:3
Qollar: İkardi, 10; 52. Osimhen, 90+2.

Eyüpspor – Göztəpə 1:0
Qol: A.Kutucu, 19.

20 oktyabr

Sivasspor – Hatayspor 3:2
Qollar: Manay, 43; 73. S.Kamara, 79 – Rivas, 45+2. Kalvo, 61.

Beşiktaş – Konyaspor 2:0
Qollar: İmmobile, 29-pen. Rafa Silva, 45+1.

Alanyaspor – Kasımpaşa 1:2
Qollar: Kordova, 66 – Ben Uanes, 2. Brekalo, 34.

Samsunspor – Fənərbaxça 2:2
Qollar: Holse, 48. S.Aydoğdu, 88 – Tadiç, 24. Sent-Maksimin, 62.

21 oktyabr

21:00. Bodrumspor – Rizəspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: