Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Konyaspor” – “Başakşəhər” matçında qonaqlar qələbə qazanıblar. “Fatih Karagümrük” “Rizəspor”la ev oyununda 4 cavabsız qola sevinib.
“Sivasspor”un qonağı olan “Beşiktaş” bu turu da xalsız başa vurub. Lider “Fənərbaxça” isə “Ankaragücü” ilə ev oyunundan qələbə ilə ayrılıb.
23-cü turun qalan oyunları sabah – yanvarın 29-da keçiriləcək.
Türkiyə, Super Liqa
23-cü tur
27 yanvar
Alanyaspor – Pendikspor 1:1
Qollar: Fer, 82 – Tiam, 78.
Adana Dəmirspor – Hatayspor 0:1
Qol: Nani, 44-öz qapısına.
28 yanvar
Konyaspor – Başakşəhər 2:3
Qollar: Prip, 8; 14 – Pyontek, 67-pen; 79; 90+2.
Fatih Karagümrük – Rizəspor 4:0
Qollar: V.Eysserik, 38. S.Dursun, 66-pen. L.Mercan, 75. C.Keleş, 85.
Sivasspor – Beşiktaş 1:0
Qol: Manay, 6.
Fənərbaxça – Ankaragücü 2:1
Qollar: C.Ündər, 20; 32 – T.Cigerci, 13-pen.
29 yanvar
18:00. İstanbulspor – Samsunspor
18:00. Kayserispor – Antalyaspor
21:00. Qalatasaray – Qaziantep
21:00. Trabzonspor – Kasımpaşa


