Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Alanyaspor” doğma meydanda “Kayserispor”a, “Ankaragücü” isə “Başakşəhər”ə qalib gəlib.
Beş qolun qeydə alındığı “Adana Dəmirspor” – “Sivasspor” matçında da meydan sahibləri darmadağına seviniblər. Adana təmsilçisinin heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə oynayıb.
Son turlarda uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Beşiktaş” isə bu dəfə doğma meydanda “Antalyaspor”a uduzub. Bu, “qara qartallar”ın ardıcıl üçüncü məğlubiyyətidir.
30-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.