Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Pendikspor” “Samsunspor”u, “Rizəspor” isə “İstanbulspor”u minimal hesabla məğlub yola salıb.
“Beşiktaş” da yeni baş məşqçisi Rıza Çalımbayın rəhbərliyi altında “Başakşəhər”lə ev oyununda minimal hesabla üstün olub.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası – “Adana Dəmirspor” isə doğma meydanda “Fənərbaxça” ilə qarşılaşıb. Onun sonadək ehtiyatda qaldığı bu görüşdə qapılara qol vurulmayıb.
Beləliklə, “Fənərbaxça” və “Qalatasaray” hazırda 31 xalla turnir cədvəlinə şərikli liderlik edirlər. “Adana Dəmirspor”, “Trabzonspor”, “Beşiktaş” və “Kayserispor”un 22 xalı var. “Antalyaspor”la “Kasımpaşa” 18, “Hatayspor”la “Rizəspor” 17, “Qaziantep” 15 xal toplayıb.
Türkiyə, Super Liqa
12-ci tur
10 noyabr
Ankaragücü – Antalyaspor 0:4
Qollar: Larsson, 8. Yehezkel, 29. Buksa, 70. Assombalonqa, 85.
Trabzonspor – Konyaspor 2:1
Qollar: Onuaçu, 59; 85 – Prip, 77.
11 noyabr
Kasımpaşa – Kayserispor 3:4
Qollar: Fall, 36. Da Kosta, 50. A.Kara, 74-pen – Karimi, 12. S.Çiftpınar, 27-öz qapısına. Morte, 45. Tiam, 47.
Alanyaspor – Qaziantep 0:3
Qollar: Maksim, 45+6-pen. Draquş, 45+9. Riaskos, 90+5.
Fatih Karagümrük – Sivasspor 3:0
Qollar: Eysserik, 42. G.Yalçın, 79. S.Dursun, 86.
Hatayspor – Qalatasaray 2:1
Qollar: Rivas, 14. Lamkel Ze, 55 – Zaha, 28.
12 noyabr
Pendikspor – Samsunspor 1:0
Qol: E.Yardımçı, 47.
Beşiktaş – Başakşəhər 1:0
Qol: Muleka, 55.
Rizəspor – İstanbulspor 1:0
Qol: Şelvi, 5.
Adana Dəmirspor – Fənərbaxça 0:0


