Super Liqa: Çempion Ankarada darmadağına sevindi – Video

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd görüş baş tutub.

Altı qolun qeydə alındığı “Alanyaspor” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. Qonaq komandanın start heyətində meydana çıxmış Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev fasilədə əvəzlənib.

“Qaziantep” – “Samsunspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Pendikspor”un qonağı olan “Trabzonspor” turu inamlı qələbə ilə başa vurub.

“Qalatasaray” da “Ankaragücü” ilə səfər oyununda darmadağına imza atmaqla zirvədəki mövqeyini qoruyub.

26-cı tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Son gündə “Başakşəhər” “Kayserispor”u, “Beşiktaş” isə “Konyaspor”u qəbul edəcək.

Türkiyə, Super Liqa
26-cı tur
16 fevral

Kasımpaşa – Fatih Karagümrük 1:1
Qollar: Da Kosta, 11 – Eysserik, 38.

17 fevral

Antalyaspor – İstanbulspor 2:2
Qollar: Buksa, 14; 16 – E.Gedikli, 75. Laurentino, 90+9.

Hatayspor – Sivasspor 1:1
Qollar: Budjema, 75 – Manay, 17.

Rizəspor – Fənərbaxça 1:3
Qollar: Minçev, 27 – S.Dursun, 48. Dzeko, 65. İ.C.Kahveci, 90+3.

18 fevral

Alanyaspor – Adana Dəmirspor 3:3
Qollar: Balkoveç, 20. O.Aydın, 33. Haderqyonay, 76 – E.Akbaba, 67-pen. Y.Sarı, 69; 90+7.

Qaziantep – Samsunspor 1:1
Qollar: O.Özçiçek, 83 – Şatka, 90+2.

Pendikspor – Trabzonspor 0:2
Qollar: Trezeqe, 75. E.Destan, 80.

Ankaragücü – Qalatasaray 0:3
Qollar: K.Demirbay, 13. D.Sançes, 14. İkardi, 39-pen.

19 fevral

21:00. Başakşəhər – Kayserispor
21:00. Beşiktaş – Konyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: