Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 21-ci turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Sivasspor” – “Qaziantep” matçında qalib müəyyənləşməyib. “Konyaspor” – “Antalyaspor” oyununda da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Lider “Fənərbaxça” doğma meydanda “Samsunspor”la qarşılaşıb. İstanbul nəhəngi doğma meydanda qarşılaşdığı bu rəqibi üzərində qələbəni əldən verib.
Liderin bu xal itkisi əsas izləyicisi və əzəli rəqibi “Qalatasaray”ın işinə yarayıb. Səfərdə “Trabzonspor”la qarşılaşan “sarı-qırmızılar” rəqibini darmadağın etməklə yenidən zirvəyə şərik çıxıb.
Qeyd edək ki, hazırda həm zirvədə qərarlaşmış “Fənərbaxça”nın, həm də “Qalatasaray”ın hesabında 54 xal var.
Türkiyə, Super Liqa
21-ci tur
20 yanvar
Kasımpaşa – Hatayspor 3:0
Qollar: Vink, 74. Da Kosta, 79. Fall, 89.
Alanyaspor – Rizəspor 2:1
Qollar: E.Karaca, 70. Sisto, 90+1 – Vareşanoviç, 51.
Fatih Karagümrük – Başakşəhər 1:1
Qollar: S.Dursun, 88 – Paoletti, 45-öz qapısına.
Adana Dəmirspor – Ankaragücü 1:1
Qollar: E.Akbaba, 52 – Pedrinyo, 63.
Pendikspor – Beşiktaş 4:0
Qollar: U.Nayir, 4. H.Akbunar, 70. M.Tiam, 74. Sekeyra, 82.
21 yanvar
Sivasspor – Qaziantep 2:2
Qollar: Manay, 8-pen; 15-pen – Draquş, 29. Djilobodji, 41.
Fənərbaxça – Samsunspor 1:1
Qollar: İ.C.Kahveci, 12 – E.Kılınc, 62.
Konyaspor – Antalyaspor 1:1
Qollar: Nzonzi, 43 – Buksa, 69.
Trabzonspor – Qalatasaray 1:5
Qollar: E.Destan, 79 – Zaha, 13; 61. K.Ayhan, 64. K.Aktürkoğlu, 80; 90+6.
22 yanvar
21:00. Kayserispor – İstanbulspor


