Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Rizəspor” – “Konyaspor” matçında qapılara qol vurulmayıb. “Qaziantep” – “Kayserispor” oyununda da qalib müəyyənləşməyib.
“Başakşəhər” doğma meydanda “İstanbulspor”u 2 cavabsız qolla məğlub edib. Səfərdə “Antalyaspor”la qarşılaşan “Fənərbaxça” da turu inamlı qələbə ilə başa vurub və liderliyini qoruyub.
24-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Türkiyə, Super Liqa
24-cü tur
2 fevral
Ankaragücü – Sivasspor 0:0
Hatayspor – Fatih Karagümrük 3:1
Qollar: Matondo, 41; 90+5. Strandberq, 51-pen = Lazanya, 86.
Samsunspor – Qalatasaray 0:2
Qollar: Nelsson, 5. B.A.Yılmaz, 11.
3 fevral
Rizəspor – Konyaspor 0:0
Başakşəhər – İstanbulspor 2:0
Qollar: Pyontek, 36; 71.
Antalyaspor – Fənərbaxça 0:2
Qollar: C.Ünder, 42. Batşuayi, 90+5.
Qaziantep – Kayserispor 1:1
Qollar: G.Sazdağı, 68-öz qapısına – E.Özbek, 11.
4 fevral
14:30. Pendikspor – Adana Dəmirspor
17:00. Kasımpaşa – Alanyaspor
20:00. Beşiktaş – Trabzonspor


