Super Liqa: “Fənərbaxça” “Başakşəhər”i çətinliklə yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Qaziantep” – “Konyaspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Ankaragücü” “Fatih Karagümrük”ü, “Antalyaspor” isə “Sivasspor”u məğlub yola salıb.

Səfərdə “Başakşəhər”lə qarşılaşan “Fənərbaxça” isə bu turu çətin qələbə ilə başa vurub.

Qeyd edək ki, 22-ci turun qalan qarşılaşmaları sabah baş tutacaq.

Türkiyə, Super Liqa
22-ci tur
23 yanvar

Hatayspor – Alanyaspor 1:1
Qollar: Rivas, 5 – O.Aydın, 89-pen.

Beşiktaş – Adana Dəmirspor 0:0

Pendikspor – Kasımpaşa 3:2
Qollar: U.Nayir, 19. Tiam, 44-pen. Türam, 90 – Rassul, 6-öz qapısına. G.Gül, 25.

24 yanvar

Ankaragücü – Fatih Karagümrük 2:0
Qollar: A.Güneren, 24. Maçeda, 61.

Qaziantep – Konyaspor 1:1
Qollar: M.Mert, 31-öz qapısına – Moreno, 42.

Antalyaspor – Sivasspor 2:1
Qollar: Buksa, 28-pen. Sariç, 45+3 – Koyta, 13.

Başakşəhər – Fənərbaxça 0:1
Qol: Batşuayi, 90+4-pen.

25 yanvar

18:00. Samsunspor – Kayserispor
21:00. Qalatasaray – İstanbulspor
21:00. Rizəspor – Trabzonspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: