Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Beşiktaş” öz meydanında “Fənərbaxça”ya məğlub olub. “Ağ-qaralar” 2016-cı ildən bəri öz meydanında ilk dəfə bir İstanbul derbisindən məğlubiyyətlə ayrılıb.
Üç qolun vurulduğu “Antalyaspor” – “Fatih Karagümrük” oyununda ev sahibləri qələbəyə seviniblər. Altı qolluq “Samsunspor” – “Kasımpaşa” oyununda da ev sahibləri qalib gəliblər.
Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə, Super Liqa
15-ci tur
8 dekabr
Qalatasaray – Adana Dəmirspor 3:1
Qollar: Boey, 22. K.Aktürkoğlu, 29. M.İkardi, 90+4-pen – M.Nyanq, 45+4-pen.
9 dekabr
Antalyaspor – Fatih Karagümrük 2:1
Qollar: V.Sarı, 7. A.Buksa, 13 – G.Yalçın, 42.
Samsunspor – Kasımpaşa 4:2
Qollar: M.Mondulmaci, 11; 22. E.Kılınç, 60. O.Ntçam, 75 – Y.Özcan, 90+1. Da Kosta, 90+5.
Beşiktaş – Fənərbaxça 1:3
Qollar: A.Çembrleyn, 24-pen – E.Dzeko, 10. D.Tadiç, 63-pen. S.Şimanski, 90+6.
10 dekabr
14:30. İstanbulspor – Alanyaspor
17:00. Başakşəhər – Hatayspor
17:00. Kayserispor – Pendikspor
20:00. Qaziantep – Trabzonspor
11 dekabr
21:00. Ankaragücü – Rizəspor
21:00. Konyaspor – Sivasspor


