Super Liqa: “Fənərbaxça” ilk oyunda tək qolla qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Antalyaspor” – “Göztəpə” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Kasımpaşa” – “Konyaspor” görüşündə qonaqlar çətin qələbəyə seviniblər.

“Fənərbaxça” isə mövsümün ilk matçında “Adana Dəmirspor” üzərində çətin qələbə qazanıb.

1-ci turun qalan görüşləri avqustun 11-12-də keçiriləcək.

Yeni mövsümün ilk turunda “Kayserispor” istirahət edəcək.

Türkiyə, Super Liqa
1-ci tur
9 avqust

Qalatasaray – Hatayspor 2:1
Qollar: İkardi, 80-pen. Batşuayi, 90 – J.Fernandes, 52.

10 avqust

Kasımpaşa – Konyaspor 2:3
Qollar: Da Kosta, 48. Vink, 74 – Pedrinyo, 7. Aleksiç, 81. U.Nayir, 89.

Antalyaspor – Göztəpə 0:0

Fənərbaxça – Adana Dəmirspor 1:0
Qol: Dzeko, 34.

11 avqust

20:15. Sivasspor – Trabzonspor
22:45. Alanyaspor – Eyüpspor
22:45. Samsunspor – Beşiktaş

12 avqust

22:00. Bodrumspor – Qaziantep
22:00. Rizəspor – Başakşəhər

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: