Super Liqa: “Fənərbaxça” “Pendikspor”a 4 qolla qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Kayserispor” – “Hatayspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Qonaq komandanın heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 66-cı dəqiqədən etibarən meydanda olsa da, komandasına fayda verə bilməyib.

Üç qolun qeydə alındığı “İstanbulspor” – “Kasımpaşa” matçında qonaqlar, “Samsunspor” – “Ankaragücü” görüşündə isə meydan sahibləri qələbə qazanıblar.

Çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça” da “Pendikspor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda darmadağına sevinib.

29-cu tura sabah keçiriləcək “Qaziantep” – “Beşiktaş” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
29-cu tur
8 mart

Qalatasaray – Rizəspor 6:2
Qollar: D.Kon, 9. L.Torreyra, 31. K.Demirbay, 40; 45; 64-pen. M.İkardi, 85 – Hoyer, 38. Olavoyin, 61.

9 mart

Sivasspor – Alanyaspor 1:2
Qollar: Manay, 64 – Koka, 49. O.Aydın, 79.

Konyaspor – Adana Dəmirspor 2:2
Qollar: Çikalleşi, 9-pen; 45-pen – Y.Erdoğan, 32. Balotelli, 87.

Başakşəhər – Antalyaspor 1:0
Qol: Opoku, 90+1.

Trabzonspor – Fatih Karagümrük 5:1
Qollar: Bardi, 32. Biraski, 64-öz qapısına. Trezeqe, 70. Pepe, 76. U.Bozok, 90+3 – Markao, 14.

10 mart

Kayserispor – Hatayspor 1:1
Qollar: Burabiya, 23 – D.Sinik, 2.

İstanbulspor – Kasımpaşa 1:2
Qollar: Loşay, 25 – Da Kosta, 53. Ben Uanes, 71.

Samsunspor – Ankaragücü 2:1
Qollar: Holse, 12. Ntçam, 82 – A.Öztürk, 14-öz qapısına.

Fənərbaxça – Pendikspor 4:1
Qollar: M.H.Yandaş, 59. Batşuayi, 87-pen. F.Kadıoğlu, 90+4. İ.C.Kahveci, 90+9 – H.Akbunar, 30.

11 mart

21:30. Qaziantep – Beşiktaş

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: