Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.
“Hatayspor” – “Sivasspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 65 dəqiqə oynasa da, məhsuldarlıq nümayiş etdirə bilməyib.
Dörd qolun qeydə alındığı “Antalyaspor” – “İstanbulspor” matçında da qalib müəyyənləşməyib.
Səfərdə “Rizəspor”la qarşılaşan “Fənərbaxça” isə əzmkar və inamlı qələbəyə sayəsində yenidən zirvəyə yüksəlib.
26-cı turun qalan görüşləri 18 və 19 fevralda keçiriləcək.
Türkiyə, Super Liqa
26-cı tur
16 fevral
Kasımpaşa – Fatih Karagümrük 1:1
Qollar: Da Kosta, 11 – Eysserik, 38.
17 fevral
Antalyaspor – İstanbulspor 2:2
Qollar: Buksa, 14; 16 – E.Gedikli, 75. Laurentino, 90+9.
Hatayspor – Sivasspor 1:1
Qollar: Budjema, 75 – Manay, 17.
Rizəspor – Fənərbaxça 1:3
Qollar: Minçev, 27 – S.Dursun, 48. Dzeko, 65. İ.C.Kahveci, 90+3.
18 fevral
14:30. Alanyaspor – Adana Dəmirspor
17:00. Qaziantep – Samsunspor
17:00. Pendikspor – Trabzonspor
20:00. Ankaragücü – Qalatasaray
19 fevral
21:00. Başakşəhər – Kayserispor
21:00. Beşiktaş – Konyaspor


