Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Konyaspor” doğma meydanda “Kayserispor” üzərində inamlı qələbəyə sevinib.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin 90 dəqiqə meydanda olduğu oyunda “Adana Dəmirspor” “Antalyaspor”a qalib gəlib.
“Fənərbaxça” ilə “Qalatasaray” arasında keçirilmiş İstanbul derbisində isə qapılara qol vurulmayıb.
Turun qalan görüşləri sabah – dekabrın 25-də keçiriləcək.
Türkiyə, Super Liqa
18-ci tur
23 dekabr
Sivasspor – İstanbulspor 1:0
Qol: Manay, 86.
Fatih Karagümrük – Qaziantep 0:3
Qollar: Draquş, 27. Qradel, 49. A.Kızıldağ, 87.
Trabzonspor – Başakşəhər 1:1
Qollar: B.Mendi, 34 – Pelkas, 11.
24 dekabr
Konyaspor – Kayserispor 2:0
Qollar: Çikalleşi, 51-pen; 63-pen.
Adana Dəmirspor – Antalyaspor 2:1
Qollar: Akintola, 1. E.Akbaba, 45 – E.Yeşilyurt, 85.
Fənərbaxça – Qalatasaray 0:0
25 dekabr
18:00. Alanyaspor – Samsunspor
18:00. Kasımpaşa – Rizəspor
21:00. Hatayspor – Beşiktaş
21:00. Pendikspor – Ankaragücü


