Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Ankaragücü” – “İstanbulspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Rizəspor” doğma meydanda “Kayserispor”u 3 cavabsız qolla məğlub edib.
Səfərdə “Hatayspor”la qarşılaşan “Fənərbaxça” da turu inamlı qələbə ilə başa vurub. Bu oyunda meydan sahiblərinin azərbaycanlı hücumçusu Renat Dadaşov da meydana çıxıb. O, 79-cu dəqiqədə mübarizəyə qoşulsa da, fərqlənə bilməyib.
28-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə, Super Liqa
28-ci tur
1 mart
Kasımpaşa – Sivasspor 0:0
2 mart
Ankaragücü – İstanbulspor 1:1
Qollar: Bassoqoq, 53 – Loşay, 45+8.
Rizəspor – Kayserispor 3:0
Qollar: Şelvi, 62. Zeqiri, 81. Vareşanoviç, 90.
Hatayspor – Fənərbaxça 0:2
Qollar: Osayi-Samuel, 24. C.Ünder, 40.
3 mart
14:30. Başakşəhər – Samsunspor
14:30. Pendikspor – Konyaspor
20:00. Beşiktaş – Qalatasaray
4 mart
18:00. Adana Dəmirspor – Fatih Karagümrük
21:00. Alanyaspor – Trabzonspor
21:00. Antalyaspor – Qaziantep


