Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 21-ci turun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Fatih Karagümrük” – “Başakşəhər” və “Adana Dəmirspor” – “Ankaragücü” oyunlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Adana təmsilçisinin start heyətində meydana çıxmış Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb.
“Kasımpaşa” “Hatayspor”u, “Alanyaspor” isə “Rizəspor”u məğlub yola salıb. Hatay təmsilçisində də Azərbaycan millisinin hücumçusu Renat Dadaşov son 20 dəqiqədə meydanda olub.
Səfərdə “Pendikspor”la qarşılaşan “Beşiktaş” da bu dəfə ağır məğlubiyyətlə üzləşib. Bu, İstanbul təmsilçisinin yeni baş məşqçi Fernando Santosun təyinatından sonra ilk məğlubiyyətidir.
Türkiyə, Super Liqa
21-ci tur
20 yanvar
Kasımpaşa – Hatayspor 3:0
Qollar: Vink, 74. Da Kosta, 79. Fall, 89.
Alanyaspor – Rizəspor 2:1
Qollar: E.Karaca, 70. Sisto, 90+1 – Vareşanoviç, 51.
Fatih Karagümrük – Başakşəhər 1:1
Qollar: S.Dursun, 88 – Paoletti, 45-öz qapısına.
Adana Dəmirspor – Ankaragücü 1:1
Qollar: E.Akbaba, 52 – Pedrinyo, 63.
Pendikspor – Beşiktaş 4:0
Qollar: U.Nayir, 4. H.Akbunar, 70. M.Tiam, 74. Sekeyra, 82.
21 yanvar
14:30. Sivasspor – Qaziantep
17:00. Fənərbaxça – Samsunspor
17:00. Konyaspor – Antalyaspor
20:00. Trabzonspor – Qalatasaray
22 yanvar
21:00. Kayserispor – İstanbulspor


