Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 22-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Hatayspor” – “Alanyaspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Meydan sahiblərinin heyətində ilk dəqiqələrdən mübarizə aparmaq şansı qazanan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 79-cu dəqiqədə əvəzlənib. O, 69-cu dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
“Beşiktaş” – “Adana Dəmirspor” matçında da qalib müəyyənləşməyib. İlk oyundan fərqli, bu görüşdə ümumiyyətlə qapılara qol vurulmayıb. Adana təmsilçisinin heyətində Azərbaycan yığma komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb. Bir neçə qurtarışı ilə diqqət mərkəzinə düşən “Qarabağ”ın sabiq qolkiperi “Adana Dəmirspor”da ikinci “quru” matçını keçirib.
Beş qolun qeydə alındığı “Pendikspor” – “Kasımpaşa” matçında isə meydan sahibləri qələbəyə seviniblər. Bu, autsayderlər qrupunda qərarlaşmış “Pendikspor”un ardıcıl ikinci qələbəsidir. Sözügedən komanda ötən tur da “Beşiktaş”ı 4:0 hesabıyla məğlub etməklə diqqət mərkəzinə düşmüşdü.
Qeyd edək ki, 22-ci turun qalan qarşılaşmaları 24 və 25 yanvarda baş tutacaq.
Türkiyə, Super Liqa
22-ci tur
23 yanvar
Hatayspor – Alanyaspor 1:1
Qollar: Rivas, 5 – O.Aydın, 89-pen.
Beşiktaş – Adana Dəmirspor 0:0
Pendikspor – Kasımpaşa 3:2
Qollar: U.Nayir, 19. Tiam, 44-pen. Türam, 90 – Rassul, 6-öz qapısına. G.Gül, 25.
24 yanvar
18:00. Ankaragücü – Fatih Karagümrük
18:00. Qaziantep – Konyaspor
21:00. Antalyaspor – Sivasspor
21:00. Başakşəhər – Fənərbaxça
25 yanvar
18:00. Samsunspor – Kayserispor
21:00. Qalatasaray – İstanbulspor
21:00. Rizəspor – Trabzonspor


