Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 30-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Fatih Karagümrük” – “Konyaspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Pendikspor” isə doğma meydanda “İstanbulspor”a minimal hesabla qalib gəlib.
30-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Türkiyə, Super Liqa
30-cu tur
15 mart
Fatih Karagümrük – Konyaspor 1:1
Qollar: G.Yalçın, 85 – Ndao, 43.
Pendikspor – İstanbulspor 1:0
Qol: H.Akbunar, 90+7.
16 mart
14:30. Alanyaspor – Kayserispor
17:00. Ankaragücü – Başakşəhər
21:30. Adana Dəmirspor – Sivasspor
21:30. Beşiktaş – Antalyaspor
17 mart
14:30. Rizəspor – Qaziantep
17:00. Hatayspor – Samsunspor
17:00. Kasımpaşa – Qalatasaray
21:00. Trabzonspor – Fənərbaxça


