Super Liqa: “Qalatasaray” 2025-ci ilə qələbə ilə başladı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə “Adana Dəmirspor”la qarşılaşan “Başakşəhər”ə qələbə üçün bir qol bəs edib. “Antalyaspor”un qonağı olan “Eyüpspor” isə darmadağına sevinib. Lider “Qalatasaray” evdə “Göztəpə”ni məğlub edib. Uğurlu mövsüm keçirən “Samsunspor” isə bu dəfə “Trabzonspor”u xalsız yola salıb.

Turun qalan oyunları yanvarın 5-də keçiriləcək.

Türkiyə, Super Liqa
18-ci tur
3 yanvar

Alanyaspor – Konyaspor 2:1
Qollar: Makuta, 9. Kordova, 54 – Kramer, 90+6.

Rizəspor – Beşiktaş 1:1
Qollar: J.Fernandes, 38-öz qapısına – E.Muçi, 45+3.

4 yanvar

Adana Dəmirspor – Başakşəhər 0:1
Qol: Davidson, 32.

Antalyaspor – Eyüpspor 1:4
Qollar: Safuri, 48 – Tiam, 32; 35. A.Kutucu, 41. Ampem, 62.

Qalatasaray – Göztəpə 2:1
Qollar: Osimhen, 10-pen. Y.Akgün, 61 – Romulo, 27.

Samsunspor – Trabzonspor 2:1
Qollar: Holse, 30; 75 – Banza, 49.

5 yanvar

14:30. Kasımpaşa – Qaziantep
17:00. Bodrumspor – Kayserispor
20:00. Fənərbaxça – Hatayspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: