Super Liqa: “Qalatasaray” 24-cü dəfə Tükriyə çempionu oldu!

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün sonuncu – 38-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə yeddi qarşılaşma baş tutub.

Turun həlledici qarşılaşması lider “Qalatasaray”la “Konyaspor” komandaları arasında oynanılıb. Konya səfərində 3:1 hesablı qələbə qazanan İstanbul təmsilçisi xallarının sayını 102-yə çatdıraraq Super Liqanın çempionu adını qazanıb.

“Sarı-qırmızılar”ın məğlubiyyətini gözləyən “Fənərbaxça” isə paralel keçirilən görüşdə doğma meydanda autsayder “İstanbulspor”u 6 cavabsız qolla məğlub edərək xal ehtiyatını 99-a yüksəldib və gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, 24-cü dəfə Türkiyə çempionu olan “Qalatasaray” bu nəticə ilə bütün rəqiblərini qabaqlayır. “Sarı-qırmızılar”ın çempionluq sayında ən yaxın izləyicisi 19 dəfə bu uğura imza atmış “Fənərbaxça”dır.

Həm “Qalatasaray”, həm də “Fənərbaxça” növbəti mövsümdə Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcək. 67 xalla üçüncü olan “Trabzonspor” Avropa Liqasında mübarizə aparacaq. 61 xalla 4-cü yeri tutan “Başakşəhər”i isə Konfrans Liqasında mübarizə gözləyir. 56 xal toplamış “Kasımpaşa” və “Beşiktaş” 5-6-cı yerləri bölüşürlər.

16 xalla sonuncu olan “İstanbulspor”, eləcə də “Pendikspor” (37 xalla 19-cu), “Fatih Karagümrük” (40 xalla 18-ci) və “Ankaragücü” (40 xalla 17-ci) Super Liqanı tərk ediblər.

Türkiyə, Super Liqa
38-ci tur
24 may

Alanyaspor – Antalyaspor 1:1
Qollar: Hvanqa, 3 – Buksa, 80.

25 may

Fatih Karagümrük – Samsunspor 3:1
Qollar: Markao, 42. R.Mendes, 50. G.Yalçın, 90+2 – S.Aydoğdu, 57.

Sivasspor – Kayserispor 2:1
Qollar: Koita, 9. M.Çaktaş, 53 – Attama, 24.

26 may

Adana Dəmirspor – Başakşəhər 2:6
Qollar: T.Aydoğan, 37-pen. S.Mendosa, 88 – Pyontek, 5; 13; 68-pen. B.Özcan, 40. Davidson, 44. Fiqeyredo, 90+1.

Fənərbaxça – İstanbulspor 6:0
Qollar: Dzeko, 8-pen. Şimanski, 15. Tadiç, 35. Osayi-Samuel, 66. S.Dursun, 76. Kinq, 78.

Hatayspor – Rizəspor 2:0
Qollar: Dele-Başiru, 4. Strandberq, 57.

Kasımpaşa – Beşiktaş 2:1
Qollar: Da Kosta, 4. Y.Özcan, 61.

Konyaspor – Qalatasaray 1:3
Qollar: Prip, 78 – İkardi, 29; 51. B.Kutlu, 53.

Pendikspor – Qaziantep 0:1
Qol: O.Özçiçek, 33.

Trabzonspor – Ankaragücü 4:2
Qollar: Vişça, 63. E.Destan, 87; 90; 90+7 – Xatsiyovanis, 25. Sou, 78.

Xəbəri sosial şəbəkələrdə paylaş: