Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Konyaspor” – “Kayserispor” matçında qapılara qol vurulmayıb. “Rizəspor” “Kasımpaşa” ilə ev oyununda buraxdığı tək qolla məğlubiyyətə üzülüb. “Göztəpə” isə “Bodrumspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Səfərdə “Adana Dəmirspor”la qarşılaşan son çempion “Qalatasaray” darmadağına sevinib.
4-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Türkiyə, Super Liqa
4-cü tur
30 avqust
Fənərbaxça – Alanyaspor 3:0
Qollar: Tadiç, 43; 65. Dzeko, 67.
31 avqust
Konyaspor – Kayserispor 0:0
Rizəspor – Kasımpaşa 0:1
Qol: Ben Uanes, 6.
Adana Dəmirspor – Qalatasaray 1:5
Qollar: Qravilyon, 79-pen – K.Aktürkoğlu, 9. S.Güler, 18-öz qapısına. B.A.Yılmaz, 31. Mertens, 37. A.Bardakcı, 60.
Göztəpə – Bodrumspor 2:0
Qollar: Romulo, 16. Djalma, 41.
1 sentyabr
20:15. Başakşəhər – Antalyaspor
20:15. Eyüpspor – Trabzonspor
22:45. Beşiktaş – Sivasspor
22:45. Hatayspor – Samsunspor


